...

Naxçıvan Mətbuat Şurasının növbəti iclası keçirilib

Siyasət Materials 19 İyul 2006 16:56 (UTC +04:00)

Naxçıvan Mətbuat Şurasının dünən keçirilən növbəti iclası milli mətbuatımızın 131-ci ildönümünə həsr olunub. Mətbuat Şurasının sədri Fərəc Fərəcov gündəlikdə duran məsələlər barədə məlumat verib. Əvvəlcə "Heydər Əliyev və Azərbaycan mətbuatı" mövzusunda söhbət aparılıb. "Şərq qapısı" qazetinin baş redaktoru Məmməd Məmmədov çıxışını H.Əliyev və milli mətbuatımızın inkişafı mövzusu üzərində quraraq ümumilli liderimizin mətbuata göstərdiyi böyük diqqət və qayğıdan söhbət açıb. Regionda mətbuatın inkişafında NMR Ali Məclisi sədrinin imzaladığı bir neçə sərəncamın əhəmiyyətli rolu olduğunu vurğulayıb və mətbuatımızın daha da inkişafı üçün qarşıda duran vəzifələrdən danışıb. Sonra Naxçıvan Dövlət Universiteti jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri Surət Seyid, "Oğüz səfi" qəzetinin redaktoru Mətanət Məmmədova və b. H.Əliyevin mətbuata göstərdiyi qayğıdan və mətbuatın bu günkü inkişafından danışıblar.

Xəbər lenti

Xəbər lenti