...

ABŞ səfiri Gəncəyə səfər edib

Siyasət Materials 24 İyul 2006 12:55 (UTC +04:00)

ABŞ-ın ölkəmizdəki səfiri Ann Dersi bu gün Gəncədə olub. Azərbaycanın bölgələrinə ilk səfərini Gəncədən başlayan xanım bu gəlişində əsas məqsəd ABŞ Demokratiya İnstitutunun maddi dəstəyilə reallaşan Gəncə Regional Maarifçilik və İnkişaf Mərkəzinin açılış mərasimində iştirak etməkdir.

Səfir əvvəlcə dahi Nizaminin məqbərəsini ziyarət edib, sonra ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyub, muzeyə baxış keçirib. Eyni zamanda xanım Ann Dersi tarixi abidələri də ziyarət etib.

Şəhərlə ümumi tanışlıqdan sonra ABŞ səfiri şəhərin icra başçısı Eldar Əzizovla görüşüb. Qapalı şəraitdə keçən görüşdən sonra tərəflər mətbuata açıqlama veriblər. Şəhər meri bildirib ki, səfirlə danışıqlarda əsasən investisiya məsələlərinə diqqət yetirilib. Ann Dersi şəhərin biznes üçün əlverişli şəraitə malik oluğunu bəyan edib və ölkəsinin investorlarının yaxın gələcəkdə sərmayə yatırımına yardımçı olacağını qeyd edib. Hazırda səfir yeni mərkəzin açılışında iştirak edir.

Tədbirdən sonra səfirin mətbuat konfransı keçirəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti