...

Bələdiyyə seçkilərinə dair toplu işıq üzü görüb

Siyasət Materials 24 İyul 2006 13:03 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinə dair əsasnamə, təlimat və qaydalar" adlı toplu nəşr etdirib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Topluların hərəsi 10 min tirajla çap olunub. Toplularda MSK tərəfindən təsdiq olunmuş normativ aktlar - Təlimatlar, qaydalar, Əsasnamələr, ərizə, akt formaları və digər sənəd nümunələri toplanıb. Topluların nəşrində məqsəd dairə və məntəqə seçki komissiyalarının üzvlərinin MSK-nın qəbul etdiyi normativ aktlardan istifadəsini asanlaşdırmaqdır. MSK-nın rəhbərliyi bu nəşrlərin hər bir ağaşı seçki komissiyası üzvünə çatdırılması tapşırığını verib. Artıq dairə seçki komissiyalarının sədrləri bu nəşri MSK-nın müvafiq şöbəsindən təhvil alıblar.

MSK Katibliyi tərəfindən sözügedən toplunun ikinci cildi də çapa hazırlanır.

Xəbər lenti

Xəbər lenti