...

İsrafil Əliyev: Azərbaycan ərazinsidə narkotiklərlə bağlı cinayətlərə görə 42 əcnəbi məsuliyyətə cəlb olunub

Siyasət Materials 24 İyul 2006 13:09 (UTC +04:00)

Cari ilin 6 ayı ərzində Azərbaycan ərazinsidə narkotiklərlə bağlı cinayətlərə görə 42 əcnəbi vətəndaş məsuliyyətə cəlb olunub. Bu barədə Trend ə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri İsrafil Əliyev məlumat verib. Əcnəbilərin 13-ü İran, 21-i Gürcüstan, 5-i Rusiya, 1-i Əfqanıstan, 1-i Özbəkistan, 1-i isə Qazaxıstan vətəndaşıdır. Bu qəbildən cinayətlərlə əlaqədar isə məsuliyyətə cəlb olunanların ümumi sayı 1076 nəfərdir.

"Qeyd olunan dövr ərzində respublika ərazisində narkotiklərlə bağlı 1410 cinayət faktı qeydə alınıb. Onlardan 484-ü satışla bağlıdır. Ayrı-ayrı şəxslərdən 755 qram narkotik vasitə, prekursorlar, o cümlədən 13 kiloqram 725 qram heroin, 12 kiloqramdan artıq tiryək, 56 kiloqram 813 qram həşiş, 72 kiloqram 922 qram marixuana, 7 kiloqram 880 qram xaş-xaş saanı, 0,53 qram metadon, 10,8 qram sirkə anhidridi, 422 həb psixotrop dərman preparatları götürülüb" - deyə İ.Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti