...

Politoluqun fikrincə, İsrail-Livan münaqişəsi İranla ABŞ arasındakı qlobal münaqişəsinin aspektidir

Siyasət Materials 27 İyul 2006 20:07 (UTC +04:00)
Politoluqun fikrincə, İsrail-Livan münaqişəsi İranla ABŞ arasındakı qlobal münaqişəsinin aspektidir

İsrail-Livan münaqişəsi son iki ildə İranla ABŞ arasında böyüyən qlobal münaqişəsinin özəl aspektidir. Bu barədə Trend ə Rusiyanın tanınmış "Kommersant" qəzetinin redaktor müavini, politoloq Azər Mürsəliyev eksklüziv olaraq bildirib.

Onun fikrincə, Rusiya müəyyən mənada bu münaqişənin iştirakçısıdır, çünki onun İrana dair mövqeyi ABŞ və İsrailin siyasətinə tam əksdir. "Bu gün Rusiyanın vəzifəsi bu münəqişəni onun geniş vüsət alıb çərçivədən çıxmasınadək dayandırmaqdır. Rusiya bu münaqişəni İsraillə Hizbullah hərəkatı arasındakı qarşıdurma kimi təqdim etməyə çalışır. ABŞ, Böyük Britaniya, İsrail və Vaşinqtonun digər müttəfiqləri isə təkid edir ki, bu münaqişə İranın rəhbərlik etdiyi şər məhvərilə sivil dünya arasındadır. Buna görə münaqişənin müxtəlif həlli variantları təklif olunur" - deyə A.Mürsəliyev vurğulayıb.

Pollitoloqun sözlərinə görə, Rusiya İsraillə Hizbullahı ayıraraq onların arasına sülhməramlı qüvvələr yerləşdirməyi, onlar arasında danışıqlar aparmağı təklif edir. "ABŞ ilə İsrail üçün isə söhbət Hizbullahı silahsızlaşdırmaq üçün İran və Suriyaya təzyiq göstərməkdən, ümumiyyətlə, Hizbullahı İran-Suriya ittifaqının zərbəçi qüvvəsi kimi ləğv etməkdən gedir. Bunlar prinsipal olaraq fərqlidir, ABŞ-ın İsrailə təklif etdiyi sülhə və silahsızlaşdırmaya məcbur etmək istiqamətində hərbi əməliyyatdır" - deyə o qeyd edib.

A.Mürsəliyev Livan-İsrail münaqişəsinin xristian-müsəlman müharibəsi kimi təqdim edilməsi ilə razı deyil. "Birincisi, Hizbullahı dəstəkləyənlər Livan xristianlarıdır. Bu isə münaqişədən dinlərarası müharibə kimi danışmaq imkanını istisna edir. Digər tərəfdən, İsraildə ümumiyyətlə xristian yoxdur" - deyə o bildirib. Politoloq əlavə edib ki, bu, müsəlman ölkələrinin dəstəyinə yiyələnmək üçün münaqişəni dini müharibə kimi təqdim etməyə çalışan İranın spekulyasiyadır.

A.Mürsəliyev İran prezidentinin İsrail-Livan münaqişəsinin sivilizasiyalararası müharibəyə gətirəcəyi haqqında fikrilə razı deyil. "Təbii ki, burada söhbət İsrail-Hizbullah münaqişəsindən getmir. Şübhəsiz, İran bu vəziyyətdə birbaşa da olmasa, müəyyən iştirakçıdır. İran tərəfindən ictimaiyyət qarşısında könüllərin qardaş xalqın -Livan şiələrinin köməyinə yollanması barədə bəyanat verilməsi İranın bu münaqişədəki dolayı iştirakından xəbər verir. İndi bu münaqişənin təşəbbüskarının kim olduğunu demək çətindir, lakin hesab edirəm ki, bu münaqişə təsadüfən baş verməyib və birbaşa olaraq İran və İranın ətrafında yaranmış vəziyyətlə bağlıdır".

Politolun sözlərinə görə, hamıya məlumdur ki, İran və Suriya yaxın müttəfiqlərdir, İran Hizbullahı dəstəkləyir, ABŞ və onun müttəfiqləri isə İrana qarşı kifayət qədər sərt və qətiyyətli mövqe tutub. "Əgər münaqişəyə səbəb yalnız iki İsrail əsgərinin oğurlanması və ya İsrail ərazilərinin atəşə tutulması olsa idi, bu münaqişə çoxdan həll olunmuşdu. Buna görə münaqişənin daha geniş və daha qlobal xarakteri var" - deyə A.Mürsəliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti