...

Metyu Brayza: Seçkilər Qarabağla bağlı danışıqlar prosesi üçün maneə deyil

Siyasət Materials 31 İyul 2006 14:51 (UTC +04:00)
Metyu Brayza: Seçkilər Qarabağla bağlı danışıqlar prosesi üçün maneə deyil

"Görürəm ki, məsələni həll etmək istiqamətində siyasi iradə var, bizim təkliflərimizin əsaslandığı fəlsəfə isə məqbuldur" -deyə ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun amerikalı həmsədri Mety Brayza Ermənistan prezidenti Robert Koçaryanla görüşdən sonra "Azadlıq" radiostansiyasına bildirib.

Trend agentliyinin "REGNUM"a istinadən yaydığı xəbərə əsasən, təkliflərin təfsilatına toxunan həmsədr deyib ki, Kəlbəcər və Laçın, eləcə də referendumla bağlı məsələlər var. M.Brayza təsdiqləyib ki, Minsk Qrupu həmsədrlərinin fikrincə, Dağlıq Qarabağın statusunu Qarabağ əhalisi həll etməlidir. "Lakin məsələ kimin Qarabağ əhalisi olmasındadır. Elə insanlar var ki, 1988-ci ildə Qarabağda yaşayıb və referundumda iştirak etmək istəyir... Butun bu məsələləri böyk bir paketin hissəsi kimi işləmək lazımdır" - deyə M.Brayza vurğulayıb. "Bu gün danışıqlar masasındakı prinsiplər hələ saziş demək deyil. Bu, sadəcə prinsiplər, təkliflərdir. Buna görə saziş qaçılmazdır" - deyə o əlavə edib.

"Cari il saziş əldə etmək şansı varmı və ya məsələ 2009-cu ilə qədər təxirə salınacaq?" sualına M. Brayza belə cavab verib: "Təbii, şans var. İki ölkə prezidenti üçün seçkilərə artıq həll edilmiş məsələ ilə qatılmaq daha sərfəli olardı. Lakin seçkilər danışıqlar prosesi üçün maneə deyil. Sadəcə məsələni siyasi proseslər gərginləşənədək həll etmək daha asan olardı". Bununla yanaşı, amerikalı həmsədr vurğulayıb ki, Minsk Qrupu tərəflər bu məsələyə ciddi yanaşanadək fəaliyyət göstərməyə hazırdır. "Görürük ki, bizim Ermənistandakı dostlarımız məsələyə çox ciddi yanaşır" - deyə o bildirib.

Ermənistanda demokratiya ilə bağlı vəziyyətə toxunan M.Brayza deyib: "Ümid edirik ki, Ermənistan düzgün istiqamətdə hərəkət edir. Ermənistanda demokratiya nə qədər möhkəm olarsa, Amerika-Ermənistan əlaqələri də o qədər möhkəm olar. Ermənistanın "Minilliyin Çağırışları" proqramında iştirakı ABŞ-a elə düşünməyə əsas verir ki, Ermənistan demokratik yolla inkişaf edir. Demokratiya - prosesdir".

Xəbər lenti

Xəbər lenti