...

Rumıniyalı parlamentarilər Azərbaycana səfər edəcək

Siyasət Materials 4 Avqust 2006 13:00 (UTC +04:00)

Rumıniya parlamentinin üzvləri 2006-cı ilin sonunda Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupundan bildiriblər.

Qeyd olunub ki, bu barədə razılıq Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun rəhbəri Azay Quliyevin iyunun 4-9-da Rumıniyaya səfəri çərçivəsində əldə olunub. Onu da bildirək ki, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvləri Buxarestdə Rumıniya senatının prezidenti, Deputatlar palatasının sədr müavini, Dostluq qrupunun rəhbəri, Ticarət Palatasının sədr müavini, inteqrasiya naziri, Azərbaycanın Rumıniyadakı səfiri, QHT və iş adamları ilə görüşlər keçirib.

Qrupdan bildiriblər ki, rumıniyalı millət vəkilləri azərbaycanlı həmkarları ilə ikitərəfli əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müxtəlif sahələrdə iş birliyinin qurulması, QHT-lərin əməkdaşlıq şurasının yaradılması məsələlərini müzakirə edəcəklər.

Onu da qeyd edək ki, qonaqların Bakıya səfərləri çərçivəsində fəaliyyət planını hazırlamaq üçün parlamentlərarası işçi qrupunun ekspertlərindən ibarət komissiyanın yaradılması haqqında ilkin razılıq rəsmiləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti