...

Məmməd Əlizadə: "Məşvərət Məclisi təşkilati cəhətdən düzgün formalaşmayıb"

Siyasət Materials 5 Avqust 2006 11:22 (UTC +04:00)

Məşvərət Məclisi təşkilati cəhətdən düzgün formalaşmayıb, biz passiv fəaliyyət göstərmişik. Bu barədə Trend ə iqtidaryönlü partiyaların Məşvərət Məclisinin sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının lideri Məmməd Əlizadə bildirib.

M.Əlizadə qeyd edib ki, Məşvərət Məclisinin gələcək fəaliyyəti müzakirə olunmalıdır: "Qərara almışıq ki, sentyabrda quruma daxil olan partiyaların sədrlərinin toplantısını keçirək və bu suala cavab axtaraq. Biz yalnız seçkidən-seçkiyə siyasi fəaliyyətlə məşğul olmuşuq. Digər vaxtlarda isə ideoloji baxımdan fəaliyyət göstərmişik". M.Əlizadə bunun səbəbini də açıqlayıb. Bildirib ki, qurum təşkilati cəhətdən düzgün istiqamət götürməyib: "Quruma daxil olan bəzi partiyalar fəaliyyətimizin güclənməsi üçün zaman-zaman bizi tənqid ediblər. Bu, düzgün addım idi".

M.Əlizadə onu da vurğulayıb ki, əgər Məşvərət Məclisinin fəaliyyətinin davam etdirməsi qərara alınarsa, onda yeni fəaliyyət prinsipləri üzərində düşünməliyik. Ancaq bu o demək deyil ki, biz dövlət və dövlətçiliyə xidmət etməyəcəyik.

Onu da bildirək ki, 11 iqtidaryönlü partiyanın daxil olduğu Məşvərət Məclisi 1998-ci ildə yaranıb.

Xəbər lenti

Xəbər lenti