...

Bakının Nardaran qəsəbəsinin bələdiyyəsinə seçki keçirilməyəcək

Siyasət Materials 7 Avqust 2006 18:09 (UTC +04:00)

Bakının Nardaran qəsəbəsində yeni yaradılan bələdiyyəyə bu il seçki keçirilməyəcək.

Trend in məlumatına görə, bu barədə jurnalistlərə MSK sədri Məzahir Pənahov açıqlama verib.

O bildirib ki, Nardaranda bələdiyyə seçkilərinin keçirilməməsinin səbəbi həmin dairə üzrə namizədlər arasında alternativliyin olmamasıdır. Qeyd edək ki, hər bir bələdiyyənin 11 nəfər üzvü olmalıdır. Nardaran bələdiyyəsi üzrə cəmi 11 nəfər namizəd qeydə alınıb. M.Pənahovun sözlərinə görə, cəmi 1 nəfər belə artıq namizəd olsaydı, seçkilər keçirilərdi. Lakin Seçki Məcəlləsinin tələblərinə görə, 11 yerə elə 11 nəfər namizəd olduğundan bu bələdiyyə üzrə seçki keçirilə bilməz.

Xəbər lenti

Xəbər lenti