...

Cahandar Bayoğlu: "Güney Azərbaycanda siyasi baxışlarına görə 20 mindən artıq soydaşımız təzyiqə məruz qalıb"

Siyasət Materials 8 Avqust 2006 13:03 (UTC +04:00)

Güney Azərbaycanda keçirilən mitinqlər zamanı ümumiyyətlə 20 mindən artıq soydaşımız təzyiqə məruz qalıb. Bu barədə Trend ə Güney Azərbaycan Milli Hərəkat Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu bildirib.

C.Bayoğlu qeyd edib ki, 23 may Təbriz hadisələrindən sonra həbs edilən və sonradan azadlığa buraxılan və məhkəməsi olanların sayı artıq 20 mini ötüb: "İlkin dəqiqləşmələrə görə İran iqtidarı tərəfindən siyasi baxışlarına görə həbs edilən azərbaycanlıların sayı 23 mindir. Rejim bu prosesi davam etdirərsə bir müddətdən sonra 50 mindən artıq milli hərəkatçı siyasi baxışlarına görə təzyiqlərə məruz qalacaq".

C.Bayoğlu onu da bildirib ki, soydaşlarımza edilən təzyiqlərin başlıca məqsədi ABŞ tərəfindən maliyyə dəstəyi alıb İran hökumətinə qarşı çıxmalarını boyunlarına almalarıdır: "Lakin milli hərəkatçılar azadlıqları uğrunda mübarizə apardıqlarını bəyanlayıblar". C.Bayoğlu onu da söyləyib ki, Babək qalasına yürüş zamanı həbs edilən milli hərəkatın öncüllərindən olan Yürüş bəy Nehrəlibəyli, Əkbər Azadi və digərlərinin aprellyasiya məhkəməsi başlayacaq.

O həmçinin bildirib ki, Azərbaycan milli hərəkatının öndərlərindən olan Qulamrza Əmanlı, "Şəmsi-Təbriz" qəzetinin yazarı Həmid İmani ilə yanaşı həbs edilən bir çox hərəkat fəalları azadlığa buraxılsalar da, ayrı-ayrı yerlərdə həbslər davam edir.

Xəbər lenti

Xəbər lenti