...

Bu il Azərbaycanda əmək haqqı və təqaüdlər qaldırılacaq

Siyasət Materials 11 Avqust 2006 11:42 (UTC +04:00)
Bu il Azərbaycanda əmək haqqı və təqaüdlər qaldırılacaq

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Lənkəranda müalicə-diaqnostika mərkəzini açıb. Bu, respublika rayonlarında tikilmiş ilk belə mərkəzdir.

Trend in xəbər verdiyi kimi, prezident ictimaiyyət qarşısında çıxış edərkən qeyd edib ki, mərkəz ən yüksək beynəlxalq standartlara cavab verəcək. Burada Siemens şirkətinin avadanlığı quraşdırılıb. İlham Əliyevin sözlərinə görə, respublikada analoqu olmayan mərkəz ən yüksək keyfiyyətli xidmət göstərəcək.

Dövlət başçısının sözlərinə görə, yaxın vaxtlarda həmçinin Lənkəran aeroportunun tikintisi də başa çatacaq. Ona beynəlxalq aeroport statusu veriləcək. Uçuş-enmə zolağı ən böyük təyyarələrin də enməsi üçün nəzərdə tutulub.

Azərbaycan prezidenti öz çıxışında həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin də böyük əhəmiyyət kəsb etdiyini bildirib. Kəmər ölkə inkişafının çoxillik strategiyasını təmin edəcək.

"Ölkə iqtisadi cəhətdən inkişaf edir, layihələrimiz çox uğurla həyata keçirilir. Hazırda respublikada bir sıra infrastruktur layihələr gerçəkləşdirilr və bu layihələr bir çox problemləri həll etməyə imkan verəcək", - deyə İlham Əliyev bildirib.

O cümlədən, yaxın vaxtlarda Bakı-Astara avtomobil yolunun yenidənqurulmasına başlanacaq. Bu yol bölgədə çox böyük rol oynayır. Həmçinin qərb və şimal istiqamətində yollar yenidən qurulur, Lənkəranda, Gəncə və Zaqatalada yeni aeroportlar tikilir. "Bu, indiki Azərbaycanın həqiqətlərini əks etdirir", - deyə prezident qeyd edib.

İlham Əliyev bildirib ki, il ərzində Azərbaycanın büdcəsi iki dəfə artıb, gələn ildə də artım gözlənilir. Bu il əmək haqqı, təqaüd qaldırılacaq, böyük infrastruktur layihələr həyata keçiriləcək. "Hazırda enerji təhlükəsizliyi Azərbaycan üçün prioritetdir və ona görə də ölkədə bir çox enerji layihələri gerçəkləşdirilir", - deyə İlham Əliyev qeyd edib.

Qeyd edək ki, Lənkəran rayonuna səfər çərçivəsində prezident həmçinin Heydər Əliyev adına parkda olub, Ümummilli liderin adibəsi qarşısına gül qoyub, Heydər Əliyev muzeyinin tikintisinin gedişi ilə tanış olub, həmçinin general Həzi Aslanovun abidəsini ziyarət edib və ora gül qoyub. Prezident şəhərin yeni sahilkənarı parkı ilə tanış olub və Lənkəranın xalq yaradıcılığı şəhərciyində də olub.

Xəbər lenti

Xəbər lenti