12 Avqsut - Beynəlxalq Gənclər Günü Azərbaycanda geniş qeyd olunur. Bu barədə Trend ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov bildirib.
Nazirlik rəsmisi bildirib ki, yerlərdlə gənclər və idman idarələri tərəfindən "Azərbaycan gəncliyinin beynəlxalq aləmdə rolu" mövzusunda seminarlar təşkil olunub: "Eyni zamanda "Sağlam alilə cəmiiyətin təməlidir" mövzusunda təşviqat kampaniyasına başlamışıq. Quba-Xaçmaz zonasında artıq toplantı keçirilib".
R.Abbasov qeyd edib ki, dörd əsas istiqamət üzrə - "Gənclik və narkomaniya", "Gənclik QİÇS-ə qarşı", "Gənclik gələcəyimizdir" və "Gənclik nə istəyir" təşviqat kampaniyası avqustun sonunadək Cənub bölgəsində, sentyabrda isə Aran və Şirvan bölgəsində keçiriləcək.
R.Abbasov əlavə edib ki, 12 Avqust Beynəlxalq Gənclik günu ilə bağlı hərbi hissələrdə konsert proqramları təşkil olunacaq.