...

Tbilisidə GUAM-ın müdafiə idarələri nümayəndələrinin görüşü keçiriləcək

Siyasət Materials 16 Avqust 2006 15:05 (UTC +04:00)

GÜAM ölkələri Silahlı qüvvələrinin baş qərargahları və müdafiə nazirlikləri nümayəndələrinin görüşü avqustun 17-də Tbilisinin "Şeraton Metexi palas" mehmanxanasında keçiriləcək.

Gürcüstanın Müdafiə Nazirliyindən Trend in Tbilisidəki xüsusi müxbirinə verilən xəbərə görə, görüş qapalı rejimdə keçiriləcək. GUAM-ın müdafiə idarələrinin nümayəndələri hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Görüşdə gürcü tərəfini Krtsani milli tədris mərkəzinin rəhbəri Aleksandr Kiknadze təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti