Avqustun 22-də eks-prezident Əbülfəz Elçibəyin vəfatının ildönümü qeyd olunub. Trend in məlumatına görə, siyasi partiyaların, ictimai qurmların nümayəndələri, milli azadlıq hrəkatının fəalları Əzizbəyov heykəli qarşısına toplanaraq oradan Fəxri Xiyabana qədər yürüş keçiriblər.
Sonra Fəxri Xiyabanda mərhum eks-prezident Ə.Elçibəyin məzarı ziyarət olunub. Onun ruhuna dualar oxunub, məzarı önünə gül-çiçək dəstlərəi qoyulub.
Ziyarətdə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Liberal Partiyasının lideri Lalə Şövkət, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Müsavat Partiyasının başqan müavini Sülhəddin Əkbər və digər partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Güney Azərbaycan milli hərəkatının nümayəndələri çıxış ediblər.
Çıxış edənlər Əbülfəz Elçibəyin həyat yolundan, Azərba ycan milli azadlıq hərəkatının öndəri kimi fəaliyyətindən, dövlət xadimi, prezident olduğu dönəmlərdəki xidmətlərindən danışıblar. Ə.Elçibəyin Azərbaycanın bütövlüyü, Güney Azərbaycanın istiqlalı yolunda xidmətləri, yaratdığı milli ideologiya barədə söz açılıb. Bəyin məzarı önündə ziyarətə toplaşanlar "Elçibəy" şüarları səsləndiriblər.