Bakıda rəsmi səfərdə olan İordaniya kralı II Abdalla avqustun 23-də səhər Şəhidlər xiyabanında olub və Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin məzarını ziyarət edib. Trend xəbər verir ki, sonra II Abdulla Azərbaycan prezidentinin İcra aparatına gəlib və burada rəsmi qarşılama mərasimi olub.
Səfərin gündəliyinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüş keçiriləcək. Görüş hər iki tərəfin hökümət üzvlərinin iştirakı ilə geniş tərkibdə davam edəcək. Sonra ikitərəfli sənədlərin imzalanma mərasimi və dövlət başçılarının qısa brifinqi olacaq.
İordaniya kralı II Abdullanın Bakıya rəsmi səfəri avqustun 23-də başa çatacaq.