Trend xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Rusiya birgə hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının Azərbaycan tərəfdən yeni tərkibini təsdiq edən sərəncam verib.
Komissiyaya ölkə hökuməti baş nazirinin birinci müavini Yaqub Eyyubov rəhbərlik edəcək. Komissiyaya sənaye və energetika naziri Natiq Əliyev, müdafiə sənayesi naziri Yavər Camalov, xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsinin başçısı Nazim İbrahimov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan Ticarət-Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev, fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev, iqtisadi inkişaf, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və turizm nazirlərinin müavinləri Mikayıl Cabbarov, Musa Pənahov, Bəhram Əliyev və Teymur Mehdiyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, "Azərenerji" SC-nin başçısı Etibar Pirverdiyev, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov və Nazirlər Kabinetinin regional iqtisadi əlaqələr şöbəsinin başçısı Kamal İsmayılzadə (məsul katib) daxildir.