...

Bələdiyyə seçkiləri ilə bağlı 1692 nəfər müşahidəçi qeydə alınıb

Siyasət Materials 29 Avqust 2006 12:51 (UTC +04:00)

Bu il oktyabrın 6-da təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı dairə seçki komissiyalarında 1692 nəfər müşahidəçi qeydə alınıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib. Öz təşəbbüsü ilə müşahidəçilik etmək istəyənlər 734 nəfər, partiyalar tərəfindən təqdim olunmuş müşahidəçilər isə 958 nəfərdir.

Qeyd edək ki, 82 dairədə 603 bələdiyyəyə seçkilər keçiriləcək. Seçiləcək bələdiyyə üzvlərinin sayı 1931, seçkidə iştirak edəcək seçicilərin sayı isə 809 643 nəfərdir.

Seçkidə iştirak üçün 4638 nəfərin namizədliyi qeydə alınıb, 3 nəfərin namizədliyinin qeydə alınmasından imtina olunub. 20 nəfər öz namizədliyini geri götürüb. Seçkilərin təxirə salındığı bir bələdiyyədə (Nardaran) 11 namizəd seçkidə iştirak etməyəcək. Yekun olaraq hazırda bələdiyyə seçkilərində 4607 nəfər namizəd iştirak edir. Onlardan 250-si qadındır.

Siyasi mənsubiyyət üzrə namizədlərdən 2126-sı bitərəflərdir. YAP 2202, AXCP 20, BAXCP 27, ASRP 30, IHP 23, AMİP 23, IBP 5, ADİP 9, Milli Konqres 1, Ədalət 6, DADP 1, Müsavat 23, Ümid 13, Böyük Quruluş 14, Ana Iətən 43, ADP 8, AXP 2, AKP 6, ALP 1, Milli Qurtuluş Partiyası isə 1 namizədlə iştirak edirr. 23 nəfər isə partiya mənsubiyyətini göstərməyib.

Xəbər lenti

Xəbər lenti