...

Türkiyənin dövlət naziri Azərbaycanın Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin sədrinin şərəfinə ziyafət verib

Siyasət Materials 30 Avqust 2006 11:00 (UTC +04:00)
Türkiyənin dövlət naziri Azərbaycanın Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin sədrinin şərəfinə ziyafət verib

Türkiyənin dövlət naziri Nimət Çubukçu Azərbaycanın Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynovanın şərəfinə ziyafət verib.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, N.Çubukçu çıxış edərək qeyd edib ki, H.Hüseynovanın başçılıq etdiyi komitənin bu yaxınlarda yaranmasına baxmayaraq, Türkiyə tərəfi bu sahədə əməkdaşlığın inkişafında böyük potensial görür.

Nazir Türkiyənin həyatında müsbət rol oynayan, bu sahədə istənilən təşəbbüslərə birbaşa qoşulan qeyri-hökümət təşkilatlarının xüsusi rolu olduğunu qeyd edib. "Türkiyədə qadın statusu üzrə Baş idarə QHT ilə fəal surətdə əməkdaşlıq edir və bu, öz bəhrəsini verir", - deyə N.Çubukçu qeyd edib və bildirib ki, türk qadınları ölkənin siyasi həyatında daha fəal iştirak etmək istəyirlər.

Öz növbəsində, H.Hüseynova Azərbaycan tərəfinin Türkiyə təcrübəsini mənimsəməkdə maraqlı olduğunu bildirib. "Mən ümid edirəm ki, belə səfərlər davam etdiriləcək", - deyə Dövlət komitəsinin başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti