...

Azərbaycan prezidenti Moldovanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 6 Sentyabr 2006 14:08 (UTC +04:00)

Sentyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev Moldovanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İon Robunun etimadnaməsini qəbul edib.

Trend in xəbər verdiyi kimi, dövlət başçısı yeni təyinatı münasibətilə diplomatı təbrik edib və ona işində uğurlar diləyib. Səfir təyinatı vəBakıya gəlişindən məmnunluq ifadə edərək Moldova prezidenti Vladimir Voroninin salamlarını çatdırıb.

İlham Əliyev də salamlarnı moldovalı həmkarına çatdırmağı xahiş edib. O, Moldova səfirliyinin açılmasını ikitərəfli münasibətlərin müsbət göstəricisi kimi səciyyələndirib.

Görüşdə Azərbaycanla Moldova arasında bir çox sahələrdə əlaqələrin uğurlu inkişafı qeyd olunub.

Xəbər lenti

Xəbər lenti