...

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı kralı və krallığın vəliəhdinə təbrik məktubu göndərib

Siyasət Materials 22 Sentyabr 2006 18:52 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz əl Səuda və krallığın vəliəhdi Sultan bin Əbduləziz əl Səuda təbrik məktubu göndərib. Trend xəbər verir ki, prezident məktubunda kralın simasında bütün Səudiyyə Ərəbistanı xalqına ən səmimi təbriklərini və xoş arzularını yetirib.

Məktuba daha sonra deyilir: "Şadam ki, bu gün ölkələrimiz arasında qarşılıqlı inam və etibara əsaslanan əsil dostluq münasibətləri mövcuddur. Əminəm ki, bu münasibətlər daim yaşayacaq, möhkəmlənəcək və xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Səudiyyə Ərəbistanı xalqına sülh və rifah arzulayıram".

Xəbər lenti

Xəbər lenti