...

Rusiyalı həmsədr: Azərbaycan XİN-də çox faydalı və maraqlı söhbət baş tutub

Siyasət Materials 2 Oktyabr 2006 14:22 (UTC +04:00)
Rusiyalı həmsədr: Azərbaycan XİN-də çox faydalı və maraqlı söhbət baş tutub

Azərbaycanın Xarici İşlər Nazirliyində çox faydalı və maraqlı söhbət baş tutub. Trend xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun (MQ) rusiyalı həmsədri Yuri Merzlyakov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və xarici işlər nazirinin müavini, Azərbaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda xüsusi nümayəndəsi Araz Əzimovla oktyabrın 2-də Bakıda keçirilmiş məsləhətləşmələrin yekununda jurnalistlərə məlumat verib.

"Söhbət yaxın vaxtlarda tərəflər arasında birbaşa əlaqələrin bərpa olunmasından gedirdi. Çox tezliklə siz, yəqin ki, bu məsələyə dair daha çox şey eşidəcəksiniz", - deyə Y.Merzlyakov əlavə edib.

Öz növbəsində ATƏT MQ-nin amerikalı həmsədri Metyu Brayza qeyd edib ki, danışıqlar zamanı konstruktiv əhval-ruhiyyənin şahidi olub.

ATƏT MQ-nin həmsədrləri həmçinin Azərbaycan prezidenti İlham Əliyevlə də məsləhətləşmələr aparacaqlar.

Xəbər lenti

Xəbər lenti