...

AŞ nümayəndə heyəti Bakıda görüşlər keçirir

Siyasət Materials 4 Oktyabr 2006 13:52 (UTC +04:00)

Oktyabrın 4-ü və 5-də Avropa Şurasının yerli və regional hakimiyyət orqanları Konqresinin vitse-prezidenti Lüdmila Firloaqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan hökuməti və parlament nümayəndələri, o cümlədən siyasi partiyalar və vətəndaş cəmiyyəti liderləri ilə görüşəcək. Bu barədə Trend ə Avropa Şurasının Bakıdakı informasiya ofisinin rəhbəri İlqar İbrahimli məlumat verib.

9 nəfərdən ibarət nümayəndə heyəti oktyabrın 7-dək Azərbaycanda olacaq. Onlar oktyabrın 6-da ölkədə keçiriləcək bələdiyyə seçkilərinin monitorinqini aparacaq. Seçkilərin növbəti günü Konqres müşahidəçiləri seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək.

Bu gün səhər nümayəndə heyətini Mərkəzi Seçki Komitəsinin sədri Məzahir Pənahov qəbul edib.

Xəbər lenti

Xəbər lenti