...

Üç ABŞ konqresmeni Azərbaycan hökumətini dəstəkləyən bəyanatla çıxış edib

Siyasət Materials 4 Oktyabr 2006 19:09 (UTC +04:00)

Dövlətimizin müstəqillik qazanmasının 15 illik yubileyi münasibəti ilə ABŞ Konqresinin üzvləri xanım Eddi Bernis Conson, Robert Ieksler və Solomon Ortizin təbrik bəyanatları Konqresin rəsmi sənədləri siyahısına daxil edilib. Bu barədə Trend ə Azərbaycan XİN-nin mətbuat mərkəzindən məlumat verilib.

Terrora qarşı qlobal müharibədə Azərbaycan Respublikasının ABŞ hökumətinə verdiyi dəstək, ölkəmizin BMT, ATƏT, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı da daxil olmaqla beynəlxalq və regional institutlar çərçivəsində ABŞ-la sıx əməkdaşlığı, qlobal iqtisadiyyata inteqrasiya məqsədi ilə Azərbaycan hökumətinin həyata keçirdiyi struktur islahatlar, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafının təmin edilməsinin hökumətin əsas prioritetlərindən biri olması bəyanatlarda öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti