6 oktyabrda keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat mərhələsi başa çatdı. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Bələdiyyə üzvlüyünə namizədlərin təşviqat kampaniyası bu gün - oktyabrın 5-də saat 08.00-da rəsmən başa çatıb. Bu vaxtdan sonra namizədlərin öz xeyirlərinə təbliğat aparması, seçicilərlə görüşlər keçirməsi qadağandır.
Seçki Məcəlləsinin tələblərinə görə, bütün seçkilərdə səsvermə gününə 24 saat qalmış namizədlərin təbliğat kampaniyası başa çatdırılmalıdır.
Qeyd edək ki, 1931 nəfər bələdiyyə üzvlüyünə seçkilərdə 4525 nəfər namizəd iştirak edir.