...

Qənirə Paşayeva Avropa Şurası Nazirlər Komitəsinə "Metsamor" AES-in bağlanması tələbi ilə müraciət edib

Siyasət Materials 6 Oktyabr 2006 17:41 (UTC +04:00)
Qənirə Paşayeva Avropa Şurası Nazirlər Komitəsinə "Metsamor" AES-in bağlanması tələbi ilə müraciət edib

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Avropa Şurası Nazirlər Komitəsinə Ermənistanda fəaliyyət göstərən "Metsamor" AES-lə bağlı yazılı müraciət edib. Bu barədə Trend ə millət vəkili Qənirə Paşayevanın özü bildirib.

Millət vəkili bildirib ki, Avropa Birliyi bu stansiyanın bağlanması tələbi ilə çıxış etmişdi. Çünki 1974-cü ildə tikilən bu stansiya seysmik zonada yerləşir. 1988-ci ildə Spitakda baş verən zəlzələdən sonra Ermənistan bu stansiyasını 2003-cü ildə 5 illik müqavilə ilə Rusiyanın ixtiyarına verib.

Q.Paşayeva "Metsamor" AES-in region üçün təhlükəli olduğunu bildirib. Qeyd edib ki, adıçəkilən stansiya 16 km. Türikyədən, 60 km İrandan, 120 km isə Azərbaycan və Gürcüstandan araılda yerləşir: "Hər hansı bir hadisə baş verərsə seysmik zolaqda yerləşən bu stansiya bölgə üçün təhlükə törədə bilər. Hətta təhlükə ilə üzləşə biləcək Azərbaycan və Gürcüstan vətəndaşlarını evakuasiya edə bilər. Buna görə də müraciət etmişəm ki, Nazirlər Komitəsi səlahiyyəti çərçivəsində bu məsələ ilə bağlı təcili surətdə tədbir görsün. Müraciətimdə həmin stansiyanın bağlanmasını da göstərmişəm".

Yaxın vaxtlarda Nazirlər Komitəsi millət vəkilinin müraciətinə baxacaq.

Xəbər lenti

Xəbər lenti