...

Oktyabrın 6-da bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk keçirilən seçkilər baş tutub

Siyasət Materials 7 Oktyabr 2006 01:25 (UTC +04:00)
Oktyabrın 6-da bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk keçirilən seçkilər baş tutub

Oktyabrın 6-da bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk keçirilən seçkilər baş tutub. Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlum seçkilərin ilkin nəticələri ilə bağlı oktyabrın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

MSK sədri qeyd edib ki, 603 bələdiyyəyə keçirilən seçkilərdə 805000 seçici 940 məntəqədə səs verib: "Bu da seçicilərin 33,90 faizini təşkil edib. Seçkiləri 10 minə yaxın yerli və beynəlxalq müşahidəçi izləyib". M.Pənahov onu da vurğulayıb ki, MSK-ya yalnız iki qanun pozuntusu barədə şikayət daxil olub ki, onlar da yerindəcə həll olunub.

MSK sədri onu da bildirib ki, 603 bələdiyyədə keçirilən seçkilərdən 680 protokol daxil olub: "Əslində isə 977 protokol daxil olmalıdır. Ancaq hələ səslərin hesablanması bəzi məntəqələrdə davam etdiyindən protokolların MSK-ya daxil olması prosesi başa çatmayıb". M.Pənahov qeyd edib ki, oktyabrın 8-də ictimaiyyətə seçkilərin nəticələri elan olunacaq: "20 gün müddətində isə MSK-ya daxil olan bütün protokollar araşdırıldıqdan sonra rəsmi məlumat veriləcək". MSK sədri seçkilərin ədalətli və şəffaf keçirildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti