...

Samir Şərifov: Neftin dünya qiyməti ortamüddətli perspektivdə artacaq

Siyasət Materials 9 Oktyabr 2006 17:21 (UTC +04:00)
Samir Şərifov: Neftin dünya qiyməti ortamüddətli perspektivdə artacaq

Hazırda dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi tendensiyası müvəqqətidir. Trend in xəbər verdiyi kimi, Azərbaycanın maliyyə naziri Samir Şərifov bu fikirdədir.

O hesab edir ki, qiymətlərin artımı və son vaxtlar 1 barel neftin qiymətinin 80 dollaradək təşkil etməsi, yəqin ki, spekulyativ amillərlə bağlı olub. Buna qismən də geosiyasi amillər təsir edib.

"Bu hadisələr bir qədər öz yoluna düşüb. Çünki qiymətlər sabitləşməyə başlayıb. Ancaq dünya ekspertlərinin fikrincə, neftin qiymətinin mövcud dəyərdən də aşağı düşməsi qeyri-realdır. Ortamüddətli perspektivdə neftin dəyərinin daha da artması gözlənilir", - deyə S.Şərifov hesab edir.

Bununla əlaqədar, büdcə proqnozlarının hesablanması üçün 2007-ci ilin dövlət büdcəsinə 1 barel neftin $50 səviyyəsində daxil edilmiş qiyməti münasib sayılır. Bu il həmin göstərici büdcə proqnozlarına düzəlişlər edildikdən sonra ötən ilə olan $25-a qarşı $40-dan $50-dək artıb.

Oktyabrın 6-da AZERI LT CIF Augusta neftinin qiyməti $58,50/barel təşkil edib ki, bu da oktyabrın 5-dəki ilə müqayisədə $0,90/barel azdır. Ötən cümə günü ilə müqayisədə AZERI LT CIF Augusta neftinin qiyməti $3,05/barel aşağı düşüb.

Xəbər lenti

Xəbər lenti