...

Oqtay Əsədov: "Azərbaycan prezidenti xalqın və dövlətin mənafeyinə zidd heç bir məsələni qəbul etməyəcək"

Siyasət Materials 10 Oktyabr 2006 15:37 (UTC +04:00)

Azərbaycan prezidenti xalqın və dövlətin mənafeyinə zidd heç bir məsələni qəbul etməyəcək. Trend xəbər verir ki, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin Milli Məclisin oktyabrın 10-da keçirilən iclasında Dağlıq Qarabağ ətrafında gedən danışıqlar və bu məsələ ilə bağlı Azərbaycana təklif olunan variantlar barədə parlamentdə müzakirələrin aparılması təklifinə münasibət bildirərkən qeyd edib.

Spiker vurğulayıb ki, danışıqlar bərpa edilib və bu məsələ dövlət başçısının nəzarətindədir.

Onu da bildirək ki, millət vəkili noyabrın 11-12-də Brüsseldə Avropa Birliyinin qonşuluq siyasəti ilə bağlı müəyyən bir sənədin imzalanmasının gözlənildiyini bildirib. Onun dediyinə görə, sənəddə 5 il müddətinə müharibə etməməklə bağlı Azərbaycanın üzərinə öhdəlik götürdüyü göstərilib.

Millət vəkili bu məsələ ilə bağlı parlamentdə müzakirənin təşkil olunmasını istəyib. Eyni zamanda Xarici İşlər Nazirliyi rəhbərliyinin millət vəkillərinə məlumat verməsini tələb edib. Millət vəkili müzakirələrin qapalı şəkildə keçirilməsinə tərəfdar olduğunu da bildirib.

Xəbər lenti

Xəbər lenti