...

Millət vəkilləri "Eks-prezidentlərin statusu haqqında" qanunun qəbul edilməsi təklifi ilə çıxış ediblər

Siyasət Materials 10 Oktyabr 2006 16:55 (UTC +04:00)

Müsavat deputat qrupunun üzvləri "Eks-prezidentlərin statusu haqqında" qanunun qəbul edilməsi təklifi ilə çıxış ediblər. Trend xəbər verir ki, bu məsələ ilə bağlı ilk çıxışı oktyabrın 10-da Milli Məclisin iclasında Arzu Səmədov edib.

A.Səmədov qeyd edib ki, sənəd deputat qrupu tərəfindən Milli Məclisin Aparatına təqdim edilib: "Bu il Azərbaycanın müstəqillik aktının qəbul etməsinin 15 illiyidir. Mənə elə gəlir ki, bu qanun layihəsinin gündəliyə salınması və eyni zamanda bütün həyatını Azərbaycanın istiqlalına həsr etmiş eks-prezident Əbülfəz Elçibəyin haqqının tanınması bizə şərəf gətirər. Onun ailəsinin dövlət qayğısından kənar qalması, adının əbədiləşdirilməməsi eks-prezident kimi statusunun müəyyənləşdirilməməsi ilə bağlıdır".

A.Səmədovun təklifi Pənah Hüseyn, Fazil Qəzənfəroğlu və digər millət vəkilləri tərəfindən dəstəklənib. A.Səmədov müstəqillik aktına səs verən keçmiş deputatların dövlət tərəfindən mükafatlandırılması təklifini də verib. Bildirib ki, bu proses digər xarici dövlətlərdə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti