H.Əliyev Fondunun "Qarabağ həqiqətləri" adlı kitabı BMT Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Konvensiyası ölkələri konfransının 3-cü sessiyasının iştirakçılarına paylanıb. Bu barədə Trend ə Azərbaycanın Avstriyadakı səfirliyindən məlumat verilib.
Azərbaycanın baş prokuroru Z.Qaralovun başçılıq etdiyi nümaynədə heyətinin üzvləri konfrans iştirakçılarına "Qarabağ həqiqətləri" ilə yanaşı müvafiq təbliğat materialları, o cümlədən "Erməni terroru" kitabını da təqdim ediblər.