Azərbaycanın Baş prokuroru Zakir Qaralovun Avstriyaya səfəri çərçivəsində həmin ölkənin Ali Məhkəməsinin sədri Yohan Reşutla, federal daxili işlər naziri Liza Prokopla və federal ədliyyə naziri Karin Gastingerlə görüşlərində iki ölkənin hüquq-mühafizə orqanları arasındakı əlaqələrin genişləndirilməsi müzakirə olunub. Bu barədə Trend ə Azərbaycanın Avstriyadakı səfirliyindən məlumat verilib.
Görüşlər zamanı Z.Qaralov Azərbaycanda ölkə prezidenti İ.Əliyevin rəhbərliyilə hüquq-mühafizə sahəsində, xüsusilə də məhkəmə-hüquq və prokurorluq sistəmində keçirilən islahatlar, ölkəmizin hüquq-mühafizə orqanlarının fəaliyyəti haqqında həmsöhbətlərə məlumat verib. O, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və onun ölkəmiz üçün ağır nəticələri haqda ətraflı danışıb, işğal edilmiş və hazırda nəzarətsiz olan Azərbaycan torpaqlarının probleminə toxunub.
Keçirilmiş görüşlərdə tərəflər Azərbaycan ilə Avstriya arasında münasibətlərin, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın indiki vəziyyətini yüksək qiymətləndirib və bu əlaqələrin gələcək inkişafının istiqamətlərini müzakirə ediblər.
Tərəflər geniş fikir mübadiləsi aparıb, görüşlərdə yeni hədələr, o cümlədən beynəlxalq terrorçuluq, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alverinə, mütəşəkkil cinayətkarlııın digər növlərinə qarşı mübarizə sahəsində həyata keçirilən fəaliyyət haqda məlumat veriblər.