...

Arif Əsgərov: Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolunun inşası layihəsinin ilkin dəyəri müəyyən edilib

Siyasət Materials 13 Oktyabr 2006 12:35 (UTC +04:00)
Arif Əsgərov: Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolunun inşası layihəsinin ilkin dəyəri müəyyən edilib

Azərbaycan, Gürcüstan və Türkiyə Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolunun inşası layihəsinin ilkin dəyərini təsdiq edib. Trend in xəbər verdiyi kimi, oktyabrın 13-də Azərbaycan Dövlət Dəmir Yolunun rəhbəri Arif Əsgərov bəyan edib ki, layihənin ilkin dəyəri $422 mln təşkil edir.

Bu gün Bakıda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Çoqovadze arasında görüş keçiriləcək. Görüşdə bu layihənin maliyyələşdirilməsi ilə bağlı məsələ müzakirə olunacaq.

Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryol nəqliyyat dəhlizinin yaradılması layihəsinə 98 km uzunluğunda Qars-Axalkalaki dəmir yolu qolunun inşası da daxildir. Həmin 98 km-in 68 km-i Türkiyə, 30 km isə Gürcüstan ərazisinin payına düşür. Bundan başqa, Axalkali-Tiflis hissəsində də müəyyən yenidənqurma işlərinin aparılması lazımdır.

Xəbər lenti

Xəbər lenti