...

Çin parlamentinin sədr müavininin Azərbaycana səfəri davam edir

Siyasət Materials 14 Oktyabr 2006 13:06 (UTC +04:00)

Çin parlamentinin sədr müavini Syu Cia Lyunun (Xui Gia Lu) Azərbaycana səfəri davam edir. Çinin Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, bugünkü səfər proqramına mədəni tədbirlərdə iştirak,

Qobustan qoruğu, palçıq vulkanları, Heydər Əliyev Fondu ilə tanışlıq da daxil edilib. Çin parlamentinin sədr müavini "Baktelefonrabitə" Birliyinin Xətai Telefon Qovşağına da baş çəkəcək. O, yenidən qurulmasında Çin şirkətlərinin iştirak etdiyi bu qovşağın işi ilə tanış olacaq.

Səfər oktyabrın 15-də başa çatacaq.

Xatırladaq ki, səfər çərçivəsində Syu Cia Lyu Azərbaycan rəhbərliyinin bir sıra rəsmi şəxsləri, o cümlədən prezident, parlament sədri və XİN başçısı ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti