Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski oktyabrın 26-28-də Naxçıvan Muxtar Respublikasına səfər edəcək. Bu barədə Trend ə səfirlikdən məlumat verilib.
Səfər zamanı Polşa diplomatik missiyasının başçısı NMR Ali Məclisinin sədri Vasif Talıbovla və muxtar respublikanın bir sıra rəsmi şəxsləri ilə görüşəcək.
Səfər zamanı səfiri xanımı müşayiət edəcək. Bu, Azərbaycandakı fəaliyyəti ərzində K. Krayevskinin Naxçıvana ikinci səfəridir.