...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Siyasət Materials 25 Oktyabr 2006 19:47 (UTC +04:00)

Oktyabrın 25-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Belarusun Azərbaycandakı səfiri Nikolay Pastikeviçlə görüşüb. Bu barədə Trend ə komitədən məlumat verilib.

Görüşdə Belarusla Azərbaycanın ikitərəfli əməkdaşlığının daha da inkişaf etdirilməsinin, xüsusilə iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan N.Pastkeviç iki ölkə arasında humanitar, mədəni sahələrdə yaxşı əlaqələrin mövcud olduğunu, Belarusda Azərbaycan diasporunun fəaliyyət göstərdiyini xüsusi qeyd edib.

Diplomat Azərbaycanda həyata keçirilən böyük quruculuq işlərini yüksək qiymətləndirib, məktəb tikintisi sahəsində misilsiz uğurlar əldə olunduğunu bildirib, Azərbaycan cəmiyyətindəki tolerantlıq mühitini xüsusilə vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verərək, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini bildirib. O, ailə, qadın və uşaq problemlərinin həlli sahəsində Azərbaycan və Belarus arasında təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi qeyd edib.

Xəbər lenti

Xəbər lenti