...

ATƏT PA vitse-prezidentinin Bakıya səfəri davam edir

Siyasət Materials 27 Oktyabr 2006 16:36 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının xarici işlər üzrə komitəsinin sədr müavini Oleq Bilorusun Bakıya səfəri davam edir. Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Oktyabrın 27-də O.Bilorus Bakı Slavyan Universitetinə baş çəkib. Burada o, universitetin müəllim-tələbə kollektivi ilə görüşüb və BSU-nun nəzdindəki Ukrayna mədəniyyət mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bu gün O.Bilorus Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla da görüşüb və neft mədənləri ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti