...

Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığması Ermənistana qalib gəlib

Siyasət Materials 27 Oktyabr 2006 19:55 (UTC +04:00)
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığması Ermənistana qalib gəlib

Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığması (U-19) Kiprdə keçirilən Avropa birinciliyi seçmə yarışının birinci matçında 2:1 hesabı ilə Ermənistana qalib gəlib.

Trend in xəbər verdiyi kimi, görüş Arif Əsədovun oyunun 45-ci dəqiqəsində qol buraxmış yetirmələri üçün heç də yaxşı başlamayıb. Lakin oyunun ikinci hissəsində komanda özünü toparlayaraq 11 dəqiqə ərzində ermənilərin qapısına iki dəfə zərbə endirib və mühüm qələbə qazanıb. Uduş kollektivi qrupun liderləri sırasına çıxarıb və artıq onun növbəti mərhələyə çıxış uğrunda real mübarizə aparmaq şansı var.

Qeyd etmək lazımdır ki, qabaqda komandamızı Macarıstandan olan yaşıdları və meydança sahibləri ilə görüşlər gözləyir. Bundan sonra yarışın ikinci mərhələsinə çıxacaq ən yaxşı iki kollektiv müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti