...

Baş katibin müavini: QİƏT Şərq və Qərb arasında körpü ola bilər və olmalıdır

Siyasət Materials 2 Noyabr 2006 14:56 (UTC +04:00)
Baş katibin müavini: QİƏT Şərq və Qərb arasında körpü ola bilər və olmalıdır

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzv-dövlətləri nazirlərinin növbəti yubiley görüşü 25 iyun 2007-ci ildə İstanbulda keçiriləcək. Bu barədə QİƏT baş katibinin müavini Murat Sunqar məlumat verib. Trend xəbər verir ki, Sunqar Türkiyə KİV-lərinə verdiyi müsahibəsində təşkilatın strukturunun uğurlu reformasiyasının zəruri olduğunu vurğulayıb.

"QİƏT Türkiyənin təşəbbüsü ilə 1992-ci ildə yaranıb və iyunda təşkilatın yaranmasının 15 ili tamam olacaq. Hazırda onun təsirli beynəlxalq quruma çevrilməsi zərurəti yaranıb və Ankara bu istiqamətdə maksimal səy göstərməlidir", - deyə M.Sunqar bildirib.

Onun sözlərinə görə, ildə iki dəfə keçirilən QİƏT nazirlərinin görüşlərində Tansu Çillər istisna olmaqla, uzun müddət Türkiyənin heç bir XİN başçısı iştirak etməyib. "İndi Moskvada keçirilən toplantıda Türkiyəni xarici işlər naziri Abdulla Gül təmsil edəcək, bu isə Türkiyə tərəfinin təşkilatın işinə diqqətinin artdığını sübut edir", - deyə Baş katibin müavini bildirib.

"Mən ümid edirəm ki, İstanbul görüşü QİƏT tam yenidən təşkilinə yardım edəcək. Əminəm ki, sahəsi 20 milyon kvadrat kilometr, əhalisi 350 milyon nəfər, ümumi ticarət həcmi 300 milyard olan təşkilat Şərq və Qərb arasında körpü ola bilər və olmalıdır", - deyə Murat Sunqar qeyd edib.

Gözlənilən görüşün digər fərqləndirici xüsusiyyəti orada Türkiyənin yeni - 11-ci prezidentinin iştirakı olacaq.

Xəbər lenti

Xəbər lenti