ATƏT-in Avropa Şurası və Azərbaycanın hökumət orqanları ilə birgə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna həsr olunmuş növbəti konfransı təxirə salınıb.
Bu barədə Trend ə Avropa Şurasının Bakı İnformasiya ofisindən məlumat verilib.
Konfrans noyabrda Bakıda Azərbaycan hökuməti, ATƏT, AŞ-nin Venesiya Komissiyası nümayəndələrinin iştirakı ilə keçirilməli idi. Venesiya Komissiyası Azərbaycanda "Sərbəst toplaşmaq haqqında" qanunla bağlı oktyabrın 13-14-də təşkilatın 68-ci sessiyasında qəbul olunmuş rəyi açıqlayıb.
AŞ-nin Bakı ofisindən o da qeyd olunub ki, bu tədbir Bakıda deyil, Strasburqda keçiriləcək.