...

Tağı Əhmədov: Bakı metrosunun yeni stansiyalarından biri akademik Zərifə Əliyevanın adını daşıyacaq

Siyasət Materials 8 Noyabr 2006 12:43 (UTC +04:00)
Tağı Əhmədov: Bakı metrosunun yeni stansiyalarından biri akademik Zərifə Əliyevanın adını daşıyacaq

Bakının 6-cı mikrorayonu ərazisində inşasına başlanan metro stansiyası görkəmli alim, məşhur oftalmotoloq, akademik Zərifə Əliyevanın adını daşıyacaq. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Bakı metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.

T.Əhmədov onu da bildirib ki, metronun "Bakı Soveti" stansiyasının adının dəyişidirilərək "İçərişəhər" adlandırılması artıq rəsmən təsdiqlənib. 2007-ci ildə metrostansiya yeni adı ilə fəaliyyət göstərəcək.

T.Əhmədovun sözlərinə görə, hazırda Bakı metropoliteninin "Bakmil" stansiyasının adının dəyişdirilməsi üzərində iş gedir. "Bu məsələ ictimai müzakirəyə çıxarılıb. Hazırda bir neçə variant təklif olunub" - deyə T.Əhmədov bildirib.

Xəbər lenti

Xəbər lenti