"Gürcüstan-Azərbaycan sərhədində sərnişin qatarlarının bir neçə saat ərzində ləngiməsi məni narahat edir". Trend in xəbər verdiyi kimi, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze bəyan edib.
Səfir hesab edir ki, bu problem Gürcüstanın mövcud qanunları ilə əlaqədardır. Bu qanunlara əsasən, sərhədçilər və gömrük işçiləri bütün qatarları diqqətlə yoxlamağa məcburdur.