...

S.Sadıqov: Ksenofobiya və ekstremizmə qarşı mübarizə yalnız qanun çərçivəsində aparılmalıdır

Siyasət Materials 10 Noyabr 2006 19:28 (UTC +04:00)
S.Sadıqov: Ksenofobiya və ekstremizmə qarşı mübarizə yalnız qanun çərçivəsində aparılmalıdır

Moskvada "Rusiyada ekstremizm və ksenofobiya dalğasının qarşısını nə alacaq?" mövzusunda mətbuat konfransı keçirilib.

Trend in Moskvadakı xüsusi müxbirinin məlumatına görə, "Biz Rusiyalılarıq!" Hərəkatının sədri Söyün Sadıqov, vəkil, adı çəkilən hərəkatın İcraiyyə Komitəsinin sədri Aleksandr Fedulov, "Xolokost" mərkəzinin prezidenti Alla Qerber, insan haqları üzrə Moskva Bürosunun direktoru Aleksandr Brod Rusiya Federasiyası xaqlraı arasında dostluğun möhkəmləndirilməsi və millətlərarası sülhün saxlanılması zəruriliyindən danışıb.

Ölkədə ksenofobiyanın artması ilə bağlı fikir bildirən A.Qerber vurğulayıb: "Ağır ksenofobiya vəziyyətində olan cəmiyyətin özü qorxuludur". O bildirib ki, "Xolokost" mərkəzi və İnsan Haqları üzrə Moskva Bürosu "Xolokost: xəbərdarlıq yaddaşı" adlı proqram hazırlayıb. Proqramın əsas məqsədi Rusiya vətəndaşlarına 10 milyonlarla insanın həyatına səbəb olmuş faşizmin ağır və faciəli nəticələrini göstərməkdən ibarətdir. Layihə KİV üçün nəzərdə tutulub. Layihə çərçivəsində video materialların nümayişi, getto və konslager məhbuslarının çıxışlarının, tanınmış yazıçı və rejissorların, elmi və yaradıcı ziyalıların şərhlərinin nümayiş etdirilməsi planlaşdırılıb.

"Biz Rusiyalılarıq!" Hərəkatının sədri, Rusiya azərbaycanlılarının "Azərros" Milli-Mədəni Federal Muxtariyyətinin prezidenti Söyün Sadıqov qeyd edib ki, ksenofobiya və ekstremizmə qarşı mübarizə yalnız qanun çərçivəsində aparılmalıdır. Onun fikrincə, bununla belə, hər hansı yürüşü, mitinqi, nümayişi qadağan etmək olmaz. "Mən bütün xalqları birləşdirən rus marşının tərəfdarıyam", - deyə o bildirib. S.Sadıqov vurğulayıb ki, deputatlar ucuz piarla məşğul olmalı deyil, rusiyalılar üçün lazımi qərarlar qəbul etməli, onların həyat səviyyəsini artırmalıdır. O əmindir ki, əsas diqqəti dövlətin 1987-ci ildən bəri unutduğu gənclərə ayırmaq lazımdır. Nəticədə gənclər mühitində işsizlik, narkomaniya, alkoqolizmə meyllilik, yaşayış yeri ilə bağlı problemlər əmələ gəlib, cinayətlərin sayı artıb. Onun sözlərinə görə, bütün bu amillər Rusiyada ksenofobiya və ekstremizmin inkişafı üçün əsasdır. Bundan başqa, müəyyən xarici qüvvələr millətçiliyi öz məqsədləri üçün istifadə edir. Moskva Knyazlığının sərhədlərində Rusiya Respublikası, Rusiya Federasiyasının bölünməsi və s. haqqında tezislər əmələ gəlir. Buna görə də ilk növbədə ruslar millətlərarası sülhün və rus dövlətçiliyinin qorunması uğrunda mübarizə aparmalı, təhrikə uymamalıdır.

Rusiya Dövlət Dumasının Deputatı (3-cü çağırış), "Biz Rusiyalılarıq!" İcraiyyə Komitəsinin sədri Aleksandr Fedulov qanunvericiliyin tələblərinə əməl olunması çərçivəsində rus marşının tərəfdarı olub. "İnsanların küçəyə çıxaraq bu zaman qanuna əməl etməsində pis heç nə görmürəm" - deyə o bildirib. Onun sözlərinə görə, Rusiyada ksenofobiyanın artmasında ilk növbədə "Rusiyanı parçalayan və millətləraarası ədavəti qızışdıran" yalançı millətçilərin hərəkətləri barədə gündə bir neçə dəfə TV ilə məlumat yayımlayan və mətbuatda dərc edən KİV günahkardır. Bununla yanaşı, bəzi jurnalistlər tərəfindən cəmiyyətdə "rus faşizmi" terminin yayılması yol verilməzdir. "Mən rusam. Və söhbət "rus faşizmi"ndən getdikdə, belə çıxır ki, mən də faşistəm. Bu yolverilməzdir", - deyə Aleksandr Fedulov vurğulayıb. Cənab Fedulov hesab edir ki, Rusiyada ksenofobiya və ekstremizmin təzahürləri ilə mübarizə aparmaq üçün rusiyalıların həyat səviyyəsini qaldırmaq lazımdır. "Yalnız o zaman adamlar tox, ev, yaxşı məvacib, təhsil və səhiyyəyə malik olacaq. Bu gün müxtəlif təhrikçilər və siyasi fırıldaqçıların istifadə etdiyi millətlərarası ədavət üçün bəsləyici mühit də yox olacaq", - deyə Aleksandr Fedulov bildirib.

Xəbər lenti

Xəbər lenti