...

Gəncədə yeni İdman-Konsert Kompleksi inşa olunacaq

Siyasət Materials 15 Noyabr 2006 14:38 (UTC +04:00)

Gəncədə yeni İdman-Konsert Kompleksi inşa olunacaq. Bu haqda məlumatı Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov bu gün keçirilən fəalların yığıncağında bildirib. Trend icra başçısına istinadən bildirir ki, bu haqda ölkə prezidenti İlham Əliyev sərəncam imzalayıb.

E. Əzizovun sözlərinə görə, yeni tikiləcək kompleksin salonunun tutumu 3000 nəfərlik olacaq. Burada həmçinin üzgücülük üzə idman yarışlarının keçirilə biləcəyi yeni hövuz inşa ediləcək. Üzgüçülük hovuzunun uzunluğunun 50 metr olması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti