...

Azərbaycan prezidenti Türkiyəyə gedib

Siyasət Materials 16 Noyabr 2006 15:56 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Antalya şəhərində keçiriləcək türkdilli dövlət başçılarının sammitində iştirak etmək üçün noyabrın 16-da Türkiyəyə gedib. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Türkiyədəki səfiri Zakir Haşımov məlumat verib.

Səfir qeyd edib ki, prezidentin bugünkü qrafikində heç bir görüş planlaşdırılmayıb.

Sammit öz işinə noyabrın 17-də səhər başlayacaq. Görüşdə Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstan dövlət başçıları iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti