...

Azərbaycan prezidenti BƏƏ-yə rəsmi səfər edəcək

Siyasət Materials 16 Noyabr 2006 17:14 (UTC +04:00)

Gözlənildiyi kimi, noyabrın 20-21-də Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edəcək. Bu barədə Azərbaycanın BƏƏ-dəki səfiri Eldar Səlimov Trend ə eksklüziv olaraq məlumat verib.

Səfər BƏƏ prezidenti şeyx Xəlifə Əl Nahayyananın dəvəti ilə baş tutacaq. Hazırda dövlət başçısının səfərinə hazırlıq görülür və bununla əlaqədar xarici işlər naziri Xələf Xələfovun başçılıq etdiyi Azərbaycanın nümayəndə heyəti BƏƏ-dədir.

Hazırda gündəlik və səfər çərçivəsində imzalanacaq ikitərəfli sənəd layihələri razılaşdırılır. Səfir əlavə edib ki, bu iş hələ tamamlanmayıb və davam edir.

Xəbər lenti

Xəbər lenti