...

ATƏT-in Minsk qrupu ilin sonunadək Qarabağ probleminin nizamlanmasının baza prinsiplərinin razılaşdırılacağına ümid edir

Siyasət Materials 16 Noyabr 2006 17:49 (UTC +04:00)
ATƏT-in Minsk qrupu ilin sonunadək Qarabağ probleminin nizamlanmasının baza prinsiplərinin razılaşdırılacağına ümid edir

Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrləri ümid edirlər ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ən yaxın gələcəkdə baş tutacaq. Bu barədə Trend xəbər verir.

"Biz ümid edirik ki, bu görüş artıq noyabrın 28-də Minskdə MDB sammiti çərçivəsində baş tutacaq", - deyə Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov RİA Novosti-yə məlumat verib.

Cümə axşamı Minsk qrupunun həmsədrləri (Fransa, ABŞ, Rusiya) ATƏT-in daimi şurası qarşısında çıxış ediblər.

Rusiyalı nümayəndənin qeyd etdiyi kimi, "cari il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə razılığın əldə olunması üçün unikal imkanlar pəncərəsidir". Onun sözlərinə görə, bu ilin əvvəlində hər iki tərəf dəfələrlə bildirib ki, əvvəllər onlar heç vaxt razılığa bu qədər yaxın olmayıblar.

"Ona görə Dağlıq Qarabağ üzrə gələcək sülh sazişinin heç olmasa baza prinsiplərini razılaşdırmadan gələn ilin əvvəlində bu imkanlar pəncərəsinin bağlanmasına imkan vermək Ermənistan və Azərbaycan prezidentləri üçün faciəvi surətdə əldən buraxılmış şans ola bilər", - deyə Merzlyakov qeyd edib. Bu zaman o vurğulayıb ki, "əvvəlcə Ermənistanda, sonra isə Azərbaycanda 2007-2008-ci illərin növbəti elektoral dövrü" yaxınlaşır. "Biz artıq seçkilərin danışıqlara mənfi təsir göstərə bildiyi təcrübəyə malikik", -deyə rusiyalı nümayəndə bildirib.

Kosovo münaqişəsinin nizamlanmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərmə ehtimalı haqqında suala cavab verərkən o vurğulayıb ki, "bütün münaqişələrin öz xüsusiyyətləri var". "Lakin Kosovo məsələsinin həlli bu və ya digər şəkildə ATƏT məkanında digər münaqişələrin, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təsir göstərəcək", - deyə Merzlyakov qeyd edib.

Xəbər lenti

Xəbər lenti