...

Azərbaycanın daxili işlər naziri Türkiyənin Yandarma Qüvvələrinin Baş komandanını qəbul edib

Siyasət Materials 5 Dekabr 2006 19:23 (UTC +04:00)

Dekabrın 5-də Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov Türkiyənin Yandarma Qüvvələrinin Baş komandanı İşık Koşaneri qəbul edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən məlumat verilib.

Ramil Usubov Türkiyə Jandarma Qüvvələrinin Azərbaycanın Daxili Qoşunlarına göstərdiyi hərtərəfli köməklikdən məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycanın Daxili Qoşunlarının zabitlərinin Türkiyədə təhsil almalarında, təcrübə keçmələrində, Daxili Qoşunların Bakıdakı Qala Tədris Mərkəzinin açılmasında Türkiyə Jandarmeriyasının böyük rolu olub. R.Usubov gələcəkdə də bu münasibətlərin uğurla davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

İşık Koşaner səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. O, Azərbaycan və Türkiyə silahlı qüvvələri, o cümlədən Daxili Qoşunlarla Jandarma Qüvvələri arasında illərdən bəri uğurla davam edən əməkdaşlıqdan razılıqla danışıb. Koşaner bu əməkdaşlığın iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulıb və bildirib ki, Azərbaycanda bu sahədə görülən işlərlə yaxından tanış olmaq üçün indiki səfəri yaxşı imkanlar yaradır.

Xəbər lenti

Xəbər lenti