...

Ağdamda ermənilərin basdırdığı bir neçə mina zərərsizləşdirilib

Siyasət Materials 8 Dekabr 2006 12:52 (UTC +04:00)

Trend-i buradan izləyin

"Dayaq" Qeyri-Hökumət Humanitar Yardım təşkilatı Ağdam rayonunun Elgi kəndinin Qoşaburun adlanan ərazisində minalardan təmizləmə işi aparakən 3 ədəd tank əleyhinə "TM-62 M" və "TM 57" mina tapılıb və zərərsizləşdirilib. Bu barədə Trend in bölgə müxbiri xəbər verib.

"Dayaq"ın əməliyyat meneceri Ehtiram Cəfərovun verdiyi məlumata görə, bu qurum Azərbaycanın Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) rəhbərliyi altında 2003-cü ilin iyul ayından Ağcəbədi rayonunun Qiyaməddinli ərazisində 17 mina sahəsini, 1706421 metr ərazini təmizləyib. Əməliyyat nəticəsində 25 tank əleyhinə, 4 piyada əleyhinə, 56 partlamamış hərbi sursat tapılıb.

Bu ilin iyul ayında da Ağdamın Elgi kəndi ərazisində minatəmizləmə əməliyyatı aparılıb və 583 256 kvadrat metr ərazi təmizlənib. 6 ədəd tank əleyhinə mina və 9 ədəd partlamamış hərbi sursat tapılıb. Ümumiyyətlə, Ağdam və Ağcəbədi rayonları ərazisində 31 tank əlehinə, 4 piyada əleyhinə mina və 65 hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Qeyd edək ki, minalanmış əraziləri təmizləmək üçün ANAMA rəhbərliyi əraziyə minatəmizləyən maşınların gətirilməsini planlaşdırır. Hazırda isə minaları ərazilərdən təmizləmək üçün minaaxtaran detektorlardan və xüsusi hazırlanmış itlərdən istifadə olunur. Ağdam rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu rayonda 17 milyon 900 min kvadrat metr ərazi minalanıb və təhlükəlidir.

Xəbər lenti

Xəbər lenti