...

Azərbaycan parlamentinin spikeri Rumıniyaya səfər edəcək

Siyasət Materials 12 Dekabr 2006 11:32 (UTC +04:00)
Azərbaycan parlamentinin spikeri Rumıniyaya səfər edəcək

Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov rümıniyalı həmkarının dəvəti ilə bu ölkəyə səfər edəcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov məlumat verib.

Səfir qeyd edib ki, bu səfər böyük əhəmiyyət daşıyır. Spiker Rumıniya prezidenti, spiker, senator, xarici işlər naziri və başqaları ilə görüşəcək.

E.Həsənov həmçinin xüsusilə vurğulayıb ki, Rumıniya yeganə xristian və Avropa ölkəsidir ki, hər bir ölkənin ərazi bütövlüyünü müqəddəs adlandırıb. Səfir hesab edir ki, Rumıniyanın təmsil olunduğu bütün beynəlxalq strukturlarda, o cümlədən ATƏT, Avropa Şurası, BMT, NATO və b. Azərbaycan həmişə dəstək hiss edir.

Xəbər lenti

Xəbər lenti