...

ABŞ-ın demokratiya, insan haqları və əmək məsələləri üzrə katibi müavininin köməkçisi Bakıya gələcək

Siyasət Materials 12 Dekabr 2006 13:45 (UTC +04:00)

Trend-i buradan izləyin

Dekabrın 18-19-da ABŞ dövlət katibi müavininin köməkçisi Barri Louinkronun Bakıya səfəri olacaq. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr üzrə departamentinin rəhbəri Conatan Henik məlumat verib.

Onun sözlərinə görə, səfər əvvəlcə 27-28 noyabr tarixləri üçün planlaşdırılmışdı, lakin Azərbaycanın yuxarı rəhbərliyində iş qrafikinin dolu olması səbəbindən təxirə salınıb.

Barri Louinkron demokratiya, insan haqları və əməklə bağlı məsələlərə görə məsuldur. Azərbaycan hökumətinin rəsimi şəxsləri, eləcə də siyasi partiya, insan haqları ilə əlaqədər qeyri-hökumət təşkilatları nümayəndələri ilə görüşlər zamanı da məhz bu istiqamətdə məsələlər müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti